Sabah Musa Yaquba "Xalq şairi" fəxri adı təqdim olunacaq

Sabah Musa Yaquba "Xalq şairi" fəxri adı təqdim olunacaq Tanınmış şair Musa Yaqub və Vahid Əzizə Xalq şairi fəxri adları sabah - sentyabrın 5-də təqdim olunacaq.
Mədəniyyət siyasəti
4 Sentyabr , 2019 15:54
Sabah Musa Yaquba Xalq şairi fəxri adı təqdim olunacaq

Tanınmış şair Musa Yaqub və Vahid Əzizə "Xalq şairi" fəxri adları sabah - sentyabrın 5-də təqdim olunacaq.

Bunu "Report"a açıqlamasında M.Yaqub özü deyib. 

O bildirib ki, fəxri adın təqdim olunması üçün sentyabrın 5-də Mədəniyyət Nazirliyinə dəvət edilib: "Rayonda olduğuma görə bu gün keçirilən təqdimatda iştirak edə bilmədim".

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Sentyabrın 4-də isə ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilən Ramiz Rövşənə “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda isə “Xalq yazıçısı” fəxri adları, Roza Cəlilovaya “Şöhrət” ordeni təqdim olunub.

Son xəbərlər

Orphus sistemi