S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub

S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov müvafiq əmr imzalayıb
Mədəniyyət siyasəti
9 Oktyabr , 2017 16:54
S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub

Bakı. 9 oktyabr. REPORT.AZ/ S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub. 

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Vəcihə Yaşar qızı Həşimova məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində olan musiqi məktəblərində 2017-2018-ci tədris ilində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədilə kadr dəyişiklikləri aparılır.

Son xəbərlər

Orphus sistemi