Yuxarı

Rusiyanın İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində çıxış edib

Rusiyanın İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heyd

Heydər Əliyev Mərkəzində Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti keçirilib.

"Report" xəbər verir ki, bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışı olub.

Konsert proqramına XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və s. nömrələr daxil idi. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.

İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsi Ansamblı dünya xalqlarının rəqslərini bədii interpretasiya və təbliğ edən dünyanın ilk peşəkar xoreoqrafiya qrupudur. Uzun illər ərzində İqor Moiseyevin başçılıq etdiyi kollektivin səylərilə bir çox ölkələrin xalq rəqsləri irsi bədii qorunub saxlanılır və yaradıcı şəkildə mənimsənilir.

Qrupun hazırda bədii rəhbəri – direktoru İqor Moiseyevin tələbəsi, Russiyanın Xalq artisti Yelena Şerbakovadır.

İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində mayın 31-də və iyunun 1-də də çıxış edəcək. 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - Konfransı günlərinə təsadüf edən konsertlər SOCAR və “Qazprombank”ın dəstəyi ilə keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi