Bakı. 12 dekabr. REPORT.AZ/ "Rossotrudniçestvo" Azərbaycan, Ermənistan, Tacikistan və Qırğız Respublikasında filial açmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində təşkilatın rəhbəri Lyubov Qlebova məlumat verib.
O, ilin sonunda Oşda (Qırğızıstan) mərkəz açılacağını qeyd edib. Onun sözlərinə görə, "Rossotrudniçestvo"nun həmçinin Gəncə, Gümrü və Xücənddə (Tacikistan) filiallar açmaq planları var.
"Mərkəzlərin açılışı ciddi olaraq hökumətlərarası sazişlər üzrə həyata keçirilir. Bir qayda olara, bizim REMM-lər (Rusiya Elm və Mədəniyyət Mərkəzi) paytaxtlarda yerləşir. Amma təcrübə göstərir ki, buna digər şəhərlərdə də maraq var. Ona görə də tələbat olan yerlərdə mərkəzlər açırıq" - agentliyin rəhbəri bildirib.