​"Respublika Xatirə Kitabı" Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib

​"Respublika Xatirə Kitabı" Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb
Mədəniyyət siyasəti
9 İyun , 2016 17:10
​Respublika Xatirə Kitabı Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib

Bakı. 9 iyun. REPORT.AZ/ "Respublika Xatirə Kitabı" Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.

"Report"un xəbərinə görə, bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Bu qərar Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə alınaraq qəbul olunub.

Qərara əsasən, "Respublika Xatirə Kitabı" Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm" köməkçi bölməsinin müvafiq paraqrafında Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi 2017-ci ildən başlayaraq, "Respublika Xatirə Kitabı" Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin edəcək.

Son xəbərlər

Orphus sistemi