UNESKO-nun baş direktoru: "Qobustanın Dünya İrs Siyahısına salınmasının səbəbi mənə aydın oldu"

UNESKO-nun baş direktoru: "Qobustanın Dünya İrs Siyahısına salınmasının səbəbi mənə aydın oldu" “Qobustan çox maraqlı və böyük tarixi özündə birləşdirən məkandır. Burada gördüklərim məndə çox xoş təəssüratlar yaratdı.
Mədəniyyət siyasəti
30 İyun , 2019 13:57
UNESKO-nun baş direktoru: Qobustanın Dünya İrs Siyahısına salınmasının səbəbi mənə aydın oldu

“Qobustan çox maraqlı və böyük tarixi özündə birləşdirən məkandır. Burada gördüklərim məndə çox xoş təəssüratlar yaratdı".

"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan UNESKO-nun baş direktoru Odri Azulay Qobustan Milli Tarix-Bədii Qoruğuna baxış keçirərkən deyib.

O bildirib ki, Qobustanda gördükləri onda ölkəmizin mədəni irsi haqqında əyani təsəvvür yaradıb:

"Muzeylə və ərazidəki qədim rəsmlərlə tanış olduqdan sonra mənə tam aydın oldu ki, Qobustan niyə məhz UNESKO-nun Dünya İrsi Siyahısına salınıb”.

O.Azulay və Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev iyunun 30-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.

Dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESKO-nun Dünya irs siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi