​Qəbələdə meksikalı rəssamın sərgisi açılıb

​Qəbələdə meksikalı rəssamın sərgisi açılıb “Rəngin simfoniyası” adlı sərgi Bakı, Gəncə və Mingəçevir şəhərlərində də nümayiş olunub
Mədəniyyət siyasəti
14 İyun , 2016 19:36
​Qəbələdə meksikalı rəssamın sərgisi açılıb

Bakı. 14 iyun. REPORT.AZ/ Qəbələ Mədəniyyət Mərkəzində meksikalı rəssam Marqarita Moralesin sərgisinin açılış mərasimi baş tutub.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfirlik tərəfindən təşkil olunan bu sərgi mücərrəd incəsənət heyranlarının sevgisini qazanıb. “Rəngin simfoniyası” adlı sərgi bundan əvvəl Bakı, Gəncə və Mingəçevir şəhərlərində nümayiş olunub.

Diplomatik nümayəndəliyin Azərbaycanda həyata keçirdiyi mədəni tədbirlərin sayı 30-dan çoxdur.

Son xəbərlər

Orphus sistemi