Qaxda Milli Mətbəx Bayramı keçirilib - FOTO - VİDEO

Qaxda Milli Mətbəx Bayramı keçirilib - FOTO - VİDEO 200-ə yaxın mətbəx nümunəsi nümayiş etdirilib
Mədəniyyət siyasəti
25 Noyabr , 2018 19:09
Qaxda Milli Mətbəx Bayramı keçirilib - FOTO - VİDEO
Foto: "Report"

Qax. 25 noyabr. REPORT.AZ/ Qaxda Milli Mətbəx Bayramı keçirilib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, festivalda Qaxın, eləcə də qonşu Zaqatala, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.

Bayram tədbirinin iştirakçıları əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin sərgisi ilə tanış olublar. Sərgidə Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, gürcü və ləzgi mətbəxinə aid nümunələr, Şəki mətbəxinə aid piti, ətli, noxudlu dovğa, ballı xəşil, dobuda tənək dolması və bozbaş, qənnadı məmulatları, müxtəlif növ şirniyyatlar, Zaqatala mətbəxinə aid sacda bişirilən maxara, fəsəli, yuxa, qutab və digər nemətlər, Oğuz mətbəxinə aid döşəməli və əvəlikli plov tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, Qax mətbəxinin özünəməxsusluğu nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-ci ildə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib. Həmin ildən etibarən Qaxda hər il “Milli Mətbəx Bayramı” qeyd olunur.

Bayram tədbiri sonra Mədəniyyət Mərkəzinin zalında bədii proqramla davam edib.

Son xəbərlər

Orphus sistemi