Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunur

Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunur Azərbaycanın Qarabağ atları Moskvada keçirilən XXI Beynəlxalq At Sərgisində nümayiş olunur.
Mədəniyyət siyasəti
30 Noyabr , 2019 15:56
Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycanın Qarabağ atları Moskvada keçirilən XXI Beynəlxalq At Sərgisində nümayiş olunur.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, sərgi noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçirilir.

Sərgidə ilk dəfə Azərbaycanın fəxri olan nadir cins Qarabağ atları nümayiş olunur. Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər.

Eyni zamanda sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat alma və onlarla xatirə şəkli çəkdirmək imkanı əldə edirlər.

Son xəbərlər

Orphus sistemi