Yuxarı

Qara Qarayevin əsərləri Fransada keçiriləcək festivalda səsləndiriləcək - FOTO

​Qara Qarayevin əsərləri Fransada keçiriləcək festivalda səsləndiriləc

Məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri Fransada keçiriləcək festivalda səsləndiriləcək.

"Report"un Fransa bürosu xəbər verir ki, bu ölkənin Lil şəhərində 12-14 dekabrda keçiriləcək "Transsibir" festivalında Qara Qarayevin "Yeddi gözəl" baletindən musiqilər ifa olunacaq. 

Gənclik mövzusuna həsr olunan festival xalqlar arasında dostluğun möhkəmlənməsinə və mədəniyyətlərin tanıdılmasına xidmət edəcək.

Festivalda üç orkestrin ifasında Çaykovski, Şuman, Mussorski, Bethoven, Glinka və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək.

Festival ilk dəfə 2014-cü ildə skripkaçı Vladimir Repinin təşəbbüsü ilə təşkil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi