Yuxarı

Prezident Azərbaycan kinematoqrafiyasının inkişafına dair sərəncam imzalayıb

Prezident Azərbaycan kinematoqrafiyasının inkişafına dair sərəncam imzalayıb

Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda Mədəniyyət Nazirliyinə “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini üç ay müddətində hazırlamaq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla tapşırılıb. Sərəncama əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi