Polşada Mstislav Rostropoviçə həsr edilmiş xatirə lövhəsi qoyulub

Polşada Mstislav Rostropoviçə həsr edilmiş xatirə lövhəsi qoyulub Tədbir musiqiçinin 90 illik yubileyi çərçivəsində baş tutub
Mədəniyyət siyasəti
11 Oktyabr , 2017 19:52
Polşada Mstislav Rostropoviçə həsr edilmiş xatirə lövhəsi qoyulub

Varşava.11 oktyabr. REPORT.AZ/ Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 90 illik yubileyi çərçivəsində Polşanın Tereşin qminasında yerləşən F.Şopen adına orta məktəbdə Azərbaycanin Polşadakı səfirliyi tərəfindən xatirə lövhəsi qoyulub.

Azərbaycanın Polşadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, tədbirdə məktəbin direktoru Eva Piotrovska, Tereşin qmina rəhbəri Marek Olexovski və Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edib. Səfir H.Həsənov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin M.Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamı barədə məlumat verib və ölkə başçısı tərəfindən göstərilən bu diqqətin Rostropoviçin müstəsna bir şəxsiyyət olmasının göstəricisi olduğunu qeyd edib.

Mstislav Rostropoviçin həyat və yaradıcılığı, Azərbaycan musiqisinin inkişafına verdiyi misilsiz töhfələr və müstəsna xidmətlərindən danışan diplomat, Rostropoviçlər sülaləsinin doğma şəhəri Tereşində xatirə lövhəsinin quraşdırılmasının əhəmiyyətini vurğulayıb. 

Qeyd edək ki, Rostropoviçlər sülaləsi uzun illər ərzində Polşanın Tereşin qminasında yaşayıb. 

Son xəbərlər

Orphus sistemi