Yuxarı

Polşada Azərbaycan musiqi gecəsi keçiriləcək - FOTO

Polşada Azərbaycan musiqi gecəsi keçiriləcək - FOTO
Bəstəkar A.Kontskinin xatirə lövhəsinin açılması qərara alınıb

Varşava. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov bu ölkənin Soxaçev şəhərinə səfər edib.

Azərbaycan Respublikasının Polşadakı Səfirliyindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, H. Həsənov səfər çərçivəsində Polşa Baş nazir dəftərxanasının naziri Maciej Malecki, şəhərin meri Piotr Osiecki və digər rəsmi şəxslərlə görüşüb.

Görüşdə Azərbaycan və Polşa arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi sahəsində perspektivlər müzakirə olunub. Həmçinin Polyak bəstəkarı və pianoçusu Antoni Kontskinin (1817-1899) xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələyə də toxunulub. Bu ilin mayında dahi bəstəkarın şəhərin mədəniyyət mərkəzində xatirə lövhəsinin açılması, eyni zamanda Azərbaycan musiqi gecəsinin də keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, A. Kontski milli xalq əsərlərimizi nota köçürərək Azərbaycan mədəniyyətinin Avropada təbliğinə töhvə verib.

Görüş barədə "Ziemia Sochaczewska" qəzetində “Za zaslugi dla kultury” başlıqlı məqalə də dərc edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi