Polad Bülbüloğlunun yubiley konserti keçirildi - FOTO

Polad Bülbüloğlunun yubiley konserti keçirildi - FOTO Bu gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.
Mədəniyyət siyasəti
7 Fevral , 2020 19:58
Polad Bülbüloğlunun yubiley konserti keçirildi - FOTO
Firudin Salimov/Report

Bu gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər və digər tanınmış şəxslər iştirak ediblər.

Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Polad Bülbüloğlunu təbrik edib və onunla bağlı xatirələrini bölüşüb.

Polad Bülbüloğlu səhnəyə çıxaraq tədbir iştirakçılarına təşəkkür edib: "Xoşbəxtəm ki, 75 yaşına çatmışam, yenə Heydər Əliyev Sarayında konsert verirəm. Prezident İlham Əliyev məni dəvət etdi və təbrik etdi. Mən çox duyğulandım, nə cavab verəcəyimi bilmədim. Mənə xoş sözlər dedi. Fürsətdən istifadə edərək ona dərin təşəkkürümü bildirirəm. Eyni zamanda Mehriban xanım da zəng edib təbrik etdi və gözəl sözlər dedi. Ona da minnətdarlığımı bildirirəm".

Daha sonra konsert proqramı davam edib və sənətkar repertuarından mahnılar ifa edib.

Foto: Firudin Salimov

Son xəbərlər

Orphus sistemi