Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb

Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb Təltifetmə mərasimi Moskva Dövlət Konservatoriyasında baş tutub
Mədəniyyət siyasəti
22 Oktyabr , 2017 22:45
Polad Bülbüloğlu Rus İfaçılıq Sənəti Fondunun medalına layiq görülüb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, təşkilatın yaranmasının 25 illiyinə həsr olunmuş yubiley medalını ona bazar günü Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti" İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib.

Mükafatlandırma mərasimi P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilib.

Vorona Polad Bülbüloğlunun Rusiya və dünya incəsənətinə verdiyi əhəmiyyətli töhfələrdən danışıb. Fond prezidentinin sözlərinə görə, Azərbaaycan səfiri musiqi mədəniyyəti üçün çox iş görüb.

Bülbüloğlu təşkilat rəhbərinə ona ünvanlanmış xoş sözlərə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi