Yuxarı

Parisdə “Kimliyin dirçəlişi və mədəni irs: türk dili keçmişdən gələcəyə" forumu keçirilir

Parisdə “Kimliyin dirçəlişi və mədəni irs: türk dili keçmişdən gələcəyə" forumu keçirilir
© Report

Paris. 30 aprel. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində “Kimliyin dirçəlişi və mədəni irs: türk dili keçmişdən gələcəyə" mövzusunda beynəlxalq forum işə başlayıb.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, tədbir Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilir. 

Forumda Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Beynəlxalq Türk Akademiyasının eksperti Füzuli Məcidli təmsil edirlər.

UNESCO-nun baş qərargahında baş tutan tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründəki ədəbi fəaliyyətlər” mövzuzunda məruzə yer alacaq.

Forumda V.Tomsenin qədim türk yazılarını oxumasının 125 illiyi və V.Radloffun vəfatının 100 illiyi, Çingiz Aytmatovun 90 illiyi və digər mövzulara həsr edilmiş məruzələr dinləniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi