Parisdə beynəlxalq jazz festivalında Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək

Parisdə beynəlxalq jazz festivalında Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək Proqrama ənənəvi milli janrlara məxsus musiqilər də daxil edilib
Mədəniyyət siyasəti
17 Oktyabr , 2017 04:56
Parisdə beynəlxalq jazz festivalında Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək

Paris. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Cəngi” etno-caz ansamblı fransız musiqisevərlərin qonağı olacaq.

"Report"un Fransa bürosu məlumat verir ki, respublikanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” ansamblı paytaxt Parisdə, 29 noyabrda mədəni rəngarənglik jazz festivalında Azərbaycanı təmsil edəcək.

“Cəngi” ansamblının ifasında səslənəcək caz musiqisi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam musiqisi ilə cazın sintezindən ibarət olacaq. Proqrama ənənəvi milli janrlara məxsus musiqilər də daxil edilib.

Udda Mircavad Cəfərov, pianoda Vasif Hüseynli, tarda Mircavid Cəfərov, zərb alətlərində İsgəndər Ələsgərov gitarada Ruslan Hüseynov ifa edəcəklər.

Vüsalə İsmətqızı

Son xəbərlər

Orphus sistemi