Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib

Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib Paris. 14 dekabr. REPORT.AZ/ Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.
Mədəniyyət siyasəti
14 Dekabr , 2017 03:27
Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib

Paris. 14 dekabr. REPORT.AZ/ Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

"Report"un Fransa bürosu məlumat verir ki, "Qış arzusu" adlanan konsert proqramı Azərbaycan və dünya klassiklərinin musiqilərindən ibarət olub. 

Parisin Lüksemburq məbədində keçirilən konsertdə Qara Qarayevin "Preludia", Fərhad Bədəlbəylinin "Dəniz", Fazil Sayın "Qara Torpaq" əsərləri xüsusi alqışlarla qarşılanıb.

S. Zülfüqarova royalda ifası ilə fransalı melomanlara musiqimizin möhtəşəmliyini nümayiş etdirməklə kifayətlənməyərək, Azərbaycan musiqisi haqqında da ətraflı məlumat verib. O, Şərqdə ilk operanın məhz ölkəmizdə yazıldığını diqqətə çatdırıb.

Pianoçu musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində yiyələnib.

Fransada yaşayan S. Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və ifası ilə sevdirən musiqiçilərimizdəndir.

Son xəbərlər

Orphus sistemi