Parisdə azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə konsert keçirilib - FOTO

Parisdə azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə konsert keçirilib - FOTO Fransanın paytaxtı Parisdə azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert keçirilib.
Mədəniyyət siyasəti
16 Noyabr , 2019 05:26
Parisdə azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə konsert keçirilib - FOTO
Foto: "Report"

Fransanın paytaxtı Parisdə azərbaycanlı dirijorun rəhbərliyi ilə konsert keçirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, Parisin "Saint-Louis-en-l İle" kilsəsində azərbaycanlı dirijor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, əməkdar artist Əyyub Quliyevin və fransız dirijor Savitri de Rochefortun rəhbərliyi ilə "Zoroastre" (Zərdüşt - red) Vokal və İnstrumental ansamblının konserti təşkil olunub.

Azərbaycanlı dirijorun rəhbərliyi fransalı musiqi həvəskarlarının gurultulu alqışları ilə qarşılanıb. Konsertdə bəstəkarların əsərləri səsləndirilib. Təşkilatçılar konsertin azərbaycanlı dirijorun rəhbərliyi ilə baş tutmasından fəxr hissi keçirdikləri bildiriblər. Konsertdə Azərbaycan haqqında iştirakçılara ətraflı məlumat verilib.

Savitri de Rochefort tərəfindən 2012-ci ildə yaradılmış "Zoroastre" ansamblı bu gün Fransanın məşhur musiqi zallarında konsertlər verir.

Son xəbərlər

Orphus sistemi