​Özbəkistanda "Azərbaycan mədəni irsi" adlı kitab çap olunub

​Özbəkistanda "Azərbaycan mədəni irsi" adlı kitab çap olunub Kitabın təqdimatında Azərbaycan mədəni irsi və onun erməni millətçiləri tərəfindən saxtalaşdırılmasına dair sənədli film nümayiş etdirilib
Mədəniyyət siyasəti
23 Aprel , 2016 11:49
​Özbəkistanda Azərbaycan mədəni irsi adlı kitab çap olunub

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən "Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı kitabın Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetdə təqdimatı keçirilib.

Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin beyəlxalq əlaqələr şöbəsinin müdiri İsroil Şamsimuxammedov deyib ki, Azərbaycanın mədəni irsi çox zəngindir və dünyanın diqqət mərkəzindədir. O, Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələrinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb. 

Daha sonra Azərbaycanın mədəni irsi və onun erməni millətçiləri tərəfindən saxtalaşdırılmasına dair sənədli film nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən kitabın tərtibçisi, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dəfələrlə Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin mənimsənilməsi, onların təhrif olunmasının şahidi olduğunu qeyd edərək, məhz bu cür halların aradan qaldırılması, Azərbaycanın mədəni irsinin təbliği məqsədilə kitabın çap olunduğunu diqqətə çatdırıb.

Sonda Özbəkistanın tanınmış muğam ustası, dosent Davron Kadirov Azərbaycan və özbək dilində muğam parçaları ifa edib, özbək dilinə tərcümə olunmuş Azərbaycan şairlərinin şeirlərini səsləndirib. 

Son xəbərlər

Orphus sistemi