Yuxarı

Otto Hauzer: "Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaq istəyirik"

Otto Hauzer: "Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaq istəyirik"

"Biz musiqi sahəsində Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaq istəyirik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Diasporla İş üzrə Dövlət Komitəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Almaniyada xeyli sayda azərbaycanlı tələbə və elmi işçi təhsilini davam etdirir: "Bizim əsas məqsədlərimizdən biri də musiqi sənətini öyrənmək üçün Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaqdır. Azərbaycan musiqisi, xüsusilə muğam dərin bir sahədir. Buna görə də xaricilər musiqi sahəsində Azərbaycandan çox şey öyrənə bilərlər. Almaniyada Alman və Azərbaycan orkestrlərindən ibarət birgə görüşlər və tədbirlər keçirməyə çalışacağıq".

Qeyd edək ki, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi