"Oskar"a namizəd filmin qəhrəmanının ABŞ-a gəlməsinə qadağa qoyulub

"Oskar"a namizəd filmin qəhrəmanının ABŞ-a gəlməsinə qadağa qoyulub Filmin rejissorları Orlando fon Aynsidel, Coanna Nataseqara Rayed Salehin və Xalid Xətibin mərasimdə iştirakına icazə almağa çalışır
Mədəniyyət siyasəti
30 Yanvar , 2017 17:58
Oskara namizəd filmin qəhrəmanının ABŞ-a gəlməsinə qadağa qoyulub

Bakı. 30 yanvar. REPORT.AZ/ Könüllü xilasedicilərdən bəhs edən və bu il "Oskar" mükafatına namizədlər sırasında yer alan sənədli filmin qəhrəmanı olan, eyni zamanda Suriyanın "Ağ dəbilqələr" təşkilatının rəhbəri funksiyasını yerinə yetirən Rayed Saleh mükafatın təqdimetmə mərasimində iştirak edə bilməyəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, buna ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasətini sərtləşdirməklə bağlı fərmanı səbəb olub.

Ölkəyə gəlişinə qadağa qoyulan digər şəxs isə şəkiliş qrupunun üzvü, operator Xalid Xətibdir. Filmin rejissorları Orlando fon Aynsidel və Coanna Nataseqara R.Saleh və X.Xətibin mərasimdə iştirak etməsinə icazə almağa çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, yanvarın 27-də D.Tramp immiqrasiya siyasətinin sərtləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncam əhalisinin böyük hissəsi müsəlman olan 7 ölkəyə - İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudana qarşı tətbiq olunacaq.

Sərəncama əsasən, "Oskar"a nominant olan "Kommivoyajör" filminin iranlı rejissoru Əsgər Fərhadi də mükafatlandırma mərasiminə qatıla bilməyəcək.

Son xəbərlər

Orphus sistemi