Yuxarı

Nyu-Yorkun Linkoln Mərkəzində "Leyli və Məcnun"un premyerası olacaq

Nyu-Yorkun Linkoln Mərkəzində "Leyli və Məcnun"un premyerası olacaq
Səhnə quruluşunda Mark Morrisin rəqs qrupu iştirak edəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Nyu-Yorkun Linkoln Mərkəzində "Leyli və Məcnun"un premyerası olacaq.

"Report" xəbər verir ki, təqdimat oktyabrın 26-29-da davam edəcək.

Səhnə quruluşunda Mark Morrisin rəqs qrupu iştirak edəcək. Onlar Azərbaycanın milli və Qərb musiqi alətlərinin sintezindən yaranan musiqinin müşayiəti ilə ABŞ tamaşaçılarına Leyli və Məcnunun sevgi hekayəsini təqdim edəcəklər. 

Musiqi parçalarını "İpək yolu" ansamblı ilə birlikdə Azərbaycanın xalq artisti, məşhur xanəndə Alim Qasımov və onun qızı, əməkdar artist Fərqanə Qasımova ifa edəcəklər.

Geyimlərin dizaynı Hovard Hockinə məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi