​Nazirlik xaricə səfər edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

​Nazirlik xaricə səfər edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib "Problemlərlə üzləşən şəxslər Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə müraciət edə bilərlər"
Mədəniyyət siyasəti
5 İyun , 2015 11:40
​Nazirlik xaricə səfər edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Bakı. 5 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına müraciət edib. “Report”un xəbərinə görə, müraciətdə xatırladılıb ki, yay mövsümünün başlanması ilə əlaqədar Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur: “Bununla əlaqədar, bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini “Turizm haqqında” Azərbaycan Respublikası qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bununla yanaşı və yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur”.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşən şəxslər Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi