Nazirlik rəsmisi: "Təəssüf ki, səviyyəli filmlərin tamaşaçısı az olur"

Nazirlik rəsmisi: "Təəssüf ki, səviyyəli filmlərin tamaşaçısı az olur" "Azərbaycan tamaşaçısı filmlərimizə televiziya ilə baxmağı daha çox sevir"
Mədəniyyət siyasəti
20 Dekabr , 2014 11:11
Nazirlik rəsmisi: Təəssüf ki, səviyyəli filmlərin tamaşaçısı az olur

Bakı.20 dekabr. REPORT.AZ/ "Azərbaycan kinosunda son illər canlanma müşahidə olunur. Azərbaycan filmlərinin dünyanın nüfuzlu festivallarında iştirakı, aldığı mükafatlar buna əyani sübutdur. Ciddi filmlər festivallarda uğur qazanır, amma daxili bazarda tamaşaçısı az olur".

Bunu "Report"a Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

O qeyd edib ki, ciddi filmlər, böyük tamaşaçı zalı üçün hesablanmır: "Təəssüf ki, ciddi, səviyyəli filmlərin tamaşaçısı az olur. Buna görə də ciddi filmlərlə, kommersiya filmlərinın eyni uğuru qazanmasını gözləmək düzgün deyil. Kommersiya filmləri maddi baxımdan gəlirli olur, amma kommersiya filmlərinə ciddi sənət əsərləri demək olmaz. Bu baxımdan da, hər filmin özünün təyinatı var".

Yusif Şeyxov Azərbaycan tamaşaçısında kinoteatra getmək mədəniyyətini formalaşdırmağın vacibliyini qeyd edib.

"Təəssüf ki, bizim tamaşaçı filmlərimizə televiziya ilə baxmağı daha çox sevir. Azərbaycan tamaşaçısının ayağını kinoteatra getməyə alışdırmaq lazımdır. Son illər bu sahədə kifayət qədər işlər görülür. Yaxın gələcəkdə kinonu sevən tamaşaçılarımız öz filmlərimizə kinoteatrlarda baxmağa üstünlük verəcəklər".

Son xəbərlər

Orphus sistemi