Nazirlik Azərbaycana gələn turistlərə xəbərdarlıq edib

Nazirlik Azərbaycana gələn turistlərə xəbərdarlıq edib Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə 10 gündən artıq müddətə qaldıqda olduqları yer üzrə qeydiyyata düşməlidirlər
Mədəniyyət siyasəti
5 İyun , 2015 15:28
Nazirlik Azərbaycana gələn turistlərə xəbərdarlıq edib

Bakı. 5 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycana səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edib. 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Azərbaycanın Miqrasiya Məcəlləsinin 21-ci maddəsinin 21.1 bəndinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda 10 gündən artıq müddətə qaldıqda olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Məlumatda qeyd olunub ki, ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir.

Nazirlik Azərbaycana gələn qonaqların nəzərinə çatdırır ki, mehmanxana və mehmanxana tipli obyektlərdə qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qaldıqları mehmanxana üzrə müvafiq qaydada qeydiyyata alınmalıdırlar: "Mehmanxana və mehmanxana tipli obyekt olmayan fərdi yaşayış evlərində, mənzillərdə və digər yerlərdə qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması üçün e-reg.migration.gov.az:8080/DMXERegistrationApp/ linkindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, yuxarıda qeyd olunan qanunun 21-ci maddəsinin tələblərinə əməl edilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məbləğdə cərimə tətbiq olunur".

Son xəbərlər

Orphus sistemi