Nazir: “Regional idarələrin formalaşdırılmasında hansısa ciddi ixtisarların aparılmasından söhbət gedə bilməz”

Nazir: “Regional idarələrin formalaşdırılmasında hansısa ciddi ixtisarların aparılmasından söhbət gedə bilməz” “Yanvarın 1-dən etibarən artıq yeni region idarələri öz fəaliyyətlərinə tam həcmdə başlayacaqlar”
Mədəniyyət siyasəti
30 Mart , 2016 12:30
Nazir: “Regional idarələrin formalaşdırılmasında hansısa ciddi ixtisarların aparılmasından söhbət gedə bilməz”

Bakı. 30 mart. REPORT.AZ/ “Regional idarələrin formalaşdırılmasında hansısa ciddi ixtisarların aparılmasından söhbət gedə bilməz”.

“Report”un məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına münasibət bildirərkən deyib.

O qeyd edib ki, söhbət Azərbaycanda dövlət idarəetmənin təkmilləşdirilməsi prosesindən gedir: “Bu islahatlar tək bizim sahədə yox, digər sahələrə də şamil olunur. Yəqin ki, bu, Azərbaycan dövlətinin müasir dövrdə yeni idarəetmə üsullarından daha səmərəli istifadə olunması üçün yeni imkanlar açacaq. Prezidentin imzaladığı sərəncama əsasən, respublikada fəaliyyət göstərən 60-a qədər rayon bölmələri ləğv olunaraq 15 regional idarəsi yaradılacaq. Bu günlər respublikanın bütün bölgələrində yerləşən mədəniyyət müəssisələri müəyyən dövrdə fəaliyyətini başlayaraq və bəziləri artıq müasir tələblərə, müasir standartlara cavab vermirlər. Sözsüz ki, təhlillər göstərir ki, onların təkmilləşdirilməsi zəruriyyət qarşısındadır. Ona görə bu regional idarələrin formalaşdırılmasında heç bir hansısa faciəyə, ya da ki, hansısa ciddi şəkildə ixtisarların aparılması haqqında söhbət getmir. Yanvarın 1-dən etibarən artıq yeni region idarələri öz fəaliyyətlərinə tam həcmdə başlayacaqlar”.

Son xəbərlər

Orphus sistemi