Nazir müavini: "Qazaxıstan Azərbaycanda film çəkmək istəyir"

Nazir müavini: "Qazaxıstan Azərbaycanda film çəkmək istəyir" Biz Azərbaycanda bədii və sənədli filmlərin çəkilişini həyata keçirmək istəyirik, sadəcə olaraq daha çox hansı mövzulu ekran əsərlərinə tələbatın olduğunu bilmək istəyirik.
Mədəniyyət siyasəti
7 May , 2019 10:50
Nazir müavini: Qazaxıstan Azərbaycanda film çəkmək istəyir

"Biz Azərbaycanda bədii və sənədli filmlərin çəkilişini həyata keçirmək istəyirik, sadəcə olaraq daha çox hansı mövzulu ekran əsərlərinə tələbatın olduğunu bilmək istəyirik".

"Report" xəbər verir ki, bunu Qazaxıstanın İnformasiya və ictimai inkişaf nazirinin müavini Murad Azərxanov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Qazaxıstanın İnformasiya və ictimai inkişaf nazirliyi şuraya üzv dövlətlərlə birlikdə qarşılıqlı əlaqələrin qurulmasını dəstəkləyir: "Düşünürük ki, bu istiqamətdə Azərbaycan televiziyaları da bizə yardımçı olacaq. Bizim dünyanın 118 ölkəsində 5 dildə yayımlanan televiziyamız var. Biz milli Qazax televiziyasının türk ölkələrində yayımlanmasını istəyirik".

Son xəbərlər

Orphus sistemi