Yuxarı

Nazir müavini: "Mədəniyyət Nazirliyi sistemindəki məktəblərdə 59 minə yaxın şagird təhsil alır"

Nazir müavini: "Mədəniyyət Nazirliyi sistemindəki məktəblərdə 59 minə yaxın şagird təhsil alır"
© Report/Elçin Murad

Bakı. 17 iyul. REPORT.AZ/ "Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində 210 təhsil müəssisəsi, 159 uşaq musiqi, 49 uşaq incəsənət, muğam və aşıq məktəbləri fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva deyib.

O qeyd edib ki, bu tədris müəssisələrində xalq çalğı alətləri, fortepiano, simli, nəfəsli, zərb alətləri, xanəndə, vokal və digər ixtisaslar üzrə 59 minə yaxın şagird təhsil alır, 15 mindən çox müəllim çalışır: "Bu məktəblərdə istedadlı uşaqların üzə çıxarılması işi davam edir".

Nazir müavini əlavə edib ki, məcburi köçkün ailələrindən olan uşaqların bədii təhsil alması Nazirliyin daim diqqətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi