Yuxarı

Nazir: "Sabirin Şamaxıdakı ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir"

​Nazir: "Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanm

"Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir".

"Report" xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxıda vətəndaş qəbulundan sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Şamaxı şəhəri Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib: "Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Şamaxıda festivalın keçirilməsinə hazırlıq həyata keçirilir. Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi