Nazir: "Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb"

Nazir: "Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb" Əbülfəs Qarayev: "Turizmin inkişafı ilə bağlı yeni strategiya hazırlanır"
Mədəniyyət siyasəti
27 Sentyabr , 2016 11:55
Nazir: Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 8 dəfə artıb".

"Report" xəbər verir ki, bunu 27 sentyabr - Azərbaycanda "Turizm işçiləri günü" peşə bayramı ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən "Turizm işçiləri günü"nün təsis edilməsi turizm sahəsinə göstərilən qayğının bariz nümunəsidir: "Azərbaycan bir sıra beynəlxalq turizm təşkilatlarına üzvdür. Ölkəmiz turizmin inkişafı yolunda qətiyyətli addımlar atır. Bu sahə artıq dövlətin prioritet inkişaf sahəsinə çevrilib və hazırda bu sahədə böyük inkişaf var. Bütün dövlət orqanlarının turizm sahəsinin inkişaf etdirilməsi üçün vahid konsepsiya çərçivəsində fəaliyyət göstərməsi müsbət nəticə verir. Turizmin inkişafı ilə bağlı artıq bir sıra layihələr hazırlanıb, müzakirə olunub və Milli Məclisə təqdim ediləcək". 

Ə.Qarayevin sözlərinə görə, eyni zamanda, turizmin inkişafı ilə bağlı yeni strategiya hazırlanır: "Bu strategiyanın artıq bəzi bəndlərini nazirlik həyata keçirməyə başlayıb. Viza rejimin sadələşdirilməsi nəticəsində ölkəyə gələn turistlərin sayında xeyli artım olub. Bəzi ölkələrlə viza rejimi demək olar ki, tamamilə ləğv edilib. Elə ölkələr var ki, onlardan gələn turistlərin sayı 20 faiz artıb. Rusiya, Qazaxıstan və İrandan gələn turistlərində sayında artım var. Rusiyada nümayəndəliyimizin açılması artıma müsbət təsir göstərib.

Azərbaycana gələn turistləri bizim milli dəyərlərimizə, mədəniyyətimizə uyğunlaşdırmalıyıq. Çünki bura gələn turistlərin xərclədiyi vəsaitlər hesabına ölkənin büdcəsinə böyük məbləğdə vəsait daxil olur. Qeyri-neft sektorunun inkişafında turizm sektorunun rolu böyükdür. Bundan başqa, "Tax Free" sisteminin tətbiq edilməsi də turistlərin cəlbində böyük rol oynayır".

Son xəbərlər

Orphus sistemi