Əbülfəs Qarayev: “Gələn il bizim kadr siyasətimizdə bir çox dəyişikliklər olacaq”

Əbülfəs Qarayev: “Gələn il bizim kadr siyasətimizdə bir çox dəyişikliklər olacaq” “Bu proses artıq başlanıb”
Mədəniyyət siyasəti
25 Dekabr , 2015 11:50
Əbülfəs Qarayev: “Gələn il bizim kadr siyasətimizdə bir çox dəyişikliklər olacaq”

Bakı. 25 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında nazirliyin tabeçiliyindəki rəhbər şəxslərin nöqsanlarından danışıb. “Report”un xəbərinə görə, nazir bir neçə nəfərə töhmət verildiyini xatırladaraq bunun nəticə verdiyini bildirib.

“Elə işləməlisiniz ki, sonradan işinizdə nöqsan tapılmasın. Gələn il bizim kadr siyasətimizdə bir çox dəyişikliklər olacaq. Bu proses artıq başlanıb və davamı da olacaq”.

Son xəbərlər

Orphus sistemi