Nazir: "Bu gün regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulması əsas məqsədimizdir"

Nazir: "Bu gün regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulması əsas məqsədimizdir" "Azərbaycan dünyada multikulturalizm prosesinin mərkəzi kimi qəbul olunur"
Mədəniyyət siyasəti
27 Dekabr , 2017 11:49

Bakı. 27 dekabr. REPORT.AZ/ "Azərbaycan dünya və beynəlxalq ictimaiyyət tərəfindən multikulturalizm prosesinin mərkəzi kimi qəbul olunur".

"Report" xəbər verir ki, bunu nazir Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında deyib.

Onun sözlərinə görə, kamança və dolmanın YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ilin ən önəmli hadisələrindən biri olub: "Bununla yanaşı, Azərbaycan tarixində ilk dəfə olaraq Prezident İlham Əliyev tərəfindən təşəbbüs olunan Bakı Prosesi və Bakı Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin hesabatında və baş katibin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas meydanı kimi qeyd olunub. Bu, onu göstərir ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunması və inkişaf olunması Prezident İlham Əliyev tərəfindən ana xətt kimi qəbul olunaraq, eyni zamanda dünya və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir".

Ə.Qarayev bildirib ki, 2017-ci ili mürəkkəb və maraqlı edən səbəblərdən biri də ilk dəfə olaraq Nazirlikdə struktur dəyişikliklərin olmasıdır: "Regional idarələrin formalaşması da bizim üçün önəmli hadisələrdən biri oldu. Azərbaycan mədəniyyətinin maliyyələşdirilməsi artıq mərkəzləşdirilmiş qaydada keçirilir. Hesab edirəm ki, Prezidentin regionların formalaşdırılması ilə bağlı qərarı vaxtında verilib. Hazırda bizim qarşımızda regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulması məqsədi durur".

Son xəbərlər

Orphus sistemi