Nazir: “Azərbaycanın yaradıcı sənayenin inkişafı ilə bağlı təcrübəsi Gürcüstan üçün maraqlıdır”

Nazir: “Azərbaycanın yaradıcı sənayenin inkişafı ilə bağlı təcrübəsi Gürcüstan üçün maraqlıdır” Mixail Georqadze: “Azərbaycan da bu sahədə xeyli uğurlar əldə edib”
Mədəniyyət siyasəti
8 Dekabr , 2016 11:56
Nazir: “Azərbaycanın yaradıcı sənayenin inkişafı ilə bağlı təcrübəsi Gürcüstan üçün maraqlıdır”

Tbilisi. 8 dekabr. REPORT.AZ/ “Azərbaycanda yaradıcı sənayenin inkişafına böyük əhəmiyyət verilir. Bu forumda azərbaycanlı həmkarımla fikir mübadiləsi aparmaq, Azərbaycanın təcrübəsini öyrənmək bizim üçün vacibdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze bildirib.

Nazir deyib ki, Azərbaycanın mədəniyyət nazirinin Tbilisidə keçirilən “Gürcüstan üçün yol xəritəsi: İnnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı forumda iştirakı strateji tərəfdaş olan iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.

Onun sözlərinə görə, forumda yaradıcı sənayenin inkişaf perspektivləri əsas müzakirə mövzusu olub: "Kreativ ideyalar, yaradıcı sənaye, mədəniyyətin şaxələndirilməsi sosial-iqtisadi əlaqələrin, turizmin inkişafında mühüm rol oynayır. Azərbaycan da bu sahədə xeyli uğurlar əldə edib. Forumda, eləcə də ikitərəfli görüşlərdə biz bu və digər məsələləri müzakirə etdik”.

Son xəbərlər

Orphus sistemi