Nazir: "Azərbaycanda yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb"

Nazir: "Azərbaycanda yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb" Bakı. 21 may. REPORT.AZ/ Son 15 ildə milli kinematoqrafiya mühüm inkişaf yolu keçib.
Mədəniyyət siyasəti
21 May , 2018 12:20
Nazir: Azərbaycanda yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ "Son 15 ildə milli kinematoqrafiya mühüm inkişaf yolu keçib".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. 

Nazirin sözlərinə görə, son 15 ildə 50-dən çox tammetrajlı, onlarla qısametrajlı bədii film, 200-dən çox sənədli ekran əsəri lentə alınıb: "Filmlərimiz 40-dan artıq ölkədə festivallarda iştirak edib, təkcə keçən il 15 ekran əsəri 19 mükafat qazanıb. Bakıda ənənəvi beynəlxalq turizm və idman filmləri festivalları keçirilir. 2009-cu ildə inşa edilən Dövlət Film Fondunun binası dünyada ən müasir kino-arxiv müəssisələrindən biridir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi müasir kino prokatının əsasını qoyub. Dövlətin bu sahədə nümunə olan addımından sonra yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb".

Son xəbərlər

Orphus sistemi