“Nar bağı” filmi Brüssel İncəsət Sarayında nümayiş olunub

“Nar bağı” filmi Brüssel İncəsət Sarayında nümayiş olunub Belçikada “Bridges” film festivalının açılışı olub
Mədəniyyət siyasəti
19 Yanvar , 2018 14:40
“Nar bağı” filmi Brüssel İncəsət Sarayında nümayiş olunub

Bakı. 19 yanvar. REPORT.AZ/ Brüssel İncəsət Sarayında (BOZAR) “Bridges” film festivalının açılışı olub. 

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir 2017-2018-ci illər üzrə "Şərq Tərəfdaşlığı" ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində baş tutub. 

Səfir Fuad İsgəndərov çıxış edərək festivalın təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanın film sahəsində əldə etdiyi tarixi nailiyyətlərdən və mövcud ənənələrdən danışıb, ailə faciəsindən bəhs edən “Nar bağı” filminin gözəl sənət nümunəsi olduğunu diqqətə çatdırıb.

Festival çərçivəsində rejissor və prodüserlərin iştirakı ilə konfrans keçirilib. Azərbaycanı konfransda təmsil edən “Nar bağı” filminin rejissoru İlqar Nəcəf, Azərbaycan kinosunun tarixi, milli kinematoqrafiyanın dirçəlişi və inkişafından bəhs edib, kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyi haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Eyni zamanda festival çərçivəsində “Nar bağı” filmi nümayiş olunub. Sonda rejissor İlqar Nəcəf tamaşaçıların filmlə bağlı çoxsaylı suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi