Nadir ifa olunan "Heksameron" Heydər Əliyev Mərkəzində təqdim edilib

Nadir ifa olunan "Heksameron" Heydər Əliyev Mərkəzində təqdim edilib Bakı. 8 mart. REPORT.AZ/ Azərbaycanda Heksameron. 6 royal adlı konsert proqramı təqdim olunub.
Mədəniyyət siyasəti
8 Mart , 2019 12:35
Nadir ifa olunan Heksameron Heydər Əliyev Mərkəzində təqdim edilib
0 : 00
0 : 00

Bakı. 8 mart. REPORT.AZ/ Azərbaycanda "Heksameron. 6 royal" adlı konsert proqramı təqdim olunub.

Heydər Əliyev Mərkəzindən "Report"a verilən məlumata görə, konsert proqramı çərçivəsində altı ölkənin pianoçuları - Almaniyadan Katarina Troytler, Yaponiyadan Atsuşi İmada, ABŞ-dan Nikolas Rot, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Azərbaycandan Murad Hüseynov əvvəlcə Azərbaycan və digər ölkələrin bəstəkarlarının əsərlərindən ibarət repertuarla solo çıxış ediblər.

Musiqiçiləri Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edib.

Daha sonra həmin musiqiçilər birlikdə Azərbaycanda ilk dəfə olaraq məşhur "Heksameron" əsərini ifa ediblər.

"Heksameron" fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin "Puritanlar" operasından "Puritan marşı" mövzusunda 6 variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən "Heksameron" əsəri dünyada nadir hallarda ifa olunur.

"Heksameron" əsərinin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və əsərin strukturu, 6 bəstəkarın həmmüəlliflik konsepsiyası da bununla bağlıdır.

1837-ci ildə görkəmli bəstəkar və pianoçu Ferens List 5 həmkarı ilə birgə "Puritanlar" operasından "Puritan marşı" mövzusunda variasiyalar işləyib. Ferens List giriş, bir variasiya, keçid elementləri və finalı bəstələyib, həmçinin bütün pyesləri vahid bədii əsər kimi birləşdirib. Digər variasiyaların müəllifləri tanınmış bəstəkar-ifaçılar Frederik Şopen, Karl Çerni, Anri Herts, İohan Peter PiksisSiqizmund Talberq olub.

Əsər ilk dəfə 1837-ci il martın 31-də Parisdə xeyriyyə konsertində ifa olunub. Ferens List daha sonra onu fortepiano və orkestr üçün işləyib.

Son xəbərlər

Orphus sistemi