Yuxarı

Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək

Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək
Muzey sahəsində görülmüş işlərin və gələcək planların müzakirəsi nəzərdə tutulub

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən muzeylərin kollektivləri bir araya toplanır.

"Report" xəbər verir ki, noyabrın 30-da Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Müşavirədə muzey sahəsində görülmüş işlərin və gələcək planların müzakirəsi nəzərdə tutulub. Müşavirəyə kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi