Bakı. 2 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Tahir Əmiraslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə Tahir İdris oğlu Əmiraslanov “Şöhrət” ordeni ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şöhrət” ordeni ilə təltif edilib.