Moskvada Mstislav Rostropoviçin xatirə lövhəsinin açılışı olub

Moskvada Mstislav Rostropoviçin xatirə lövhəsinin açılışı olub Xatirə lövhəsi məşhur violonçel ustası və dirijorun 90 illik yubileyi günündə quraşdırılıb
Mədəniyyət siyasəti
27 Mart , 2017 16:08
Moskvada Mstislav Rostropoviçin xatirə lövhəsinin açılışı olub

Bakı. 27 mart. REPORT.AZ/ Moskvada violonçel ustası və dirijor Mstislav Rostropoviç və onun həyat yoldaşı, opera müğənnisi Qalina Vişnevskayanın xatirə lövhəsinin açılışı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, xatirə lövhəsi məşhur musiqiçinin 90 illik yubileyi günündə, onların Qəzet döngəsindəki evində quraşdırılıb.

Qeyd edək ki, xatirə lövhəsinin müəllifi Rusiyanın xalq artisti, heykəltəraş Aleksandr Rukavişnikovdur.

Həmçinin Rostropoviç Fondunun Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Rukavişnikovun əl işi olan büstü hədiyyə edəcəyi bildirilir. Mərasimin ardınca Mstislav Rostropoviç Beynəlxalq Festivalının açılışı olacaq.

Xatırladaq ki, M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda anadan olub.

Son xəbərlər

Orphus sistemi