Yuxarı

Moskvada Mirzə Fətəli Axundovun pyesi əsasında səhnələşdirilən tamaşa göstərilib

Moskvada Mirzə Fətəli Axundovun pyesi əsasında səhnələşdirilən tamaşa göstərilib

Moskva. 24 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi Moskvada "Müsyö Jordan və dərviş Məstəlişah" tamaşasını səhnəyə qoyub.

"Report"un Rusiya bürosunun məlumatına görə, tamaşa MDB ölkələrinin "QİTİS - Master-klass" teatr festivalı çərçivəsində Dövlət Teatr Sənəti İnstitutunun səhnəsində nümayiş etdirilib.

Mirzə Fətəli Axundovun ölməz əsərinin Nofəl Vəliyevin quruluşunda səhnələşdirilən tamaşasına Moskva tamaşaçıları maraqla baxıblar.

Qeyd edək ki, festivalın proqramına tələbələrin ifasındakı tamaşalardan başqa, müəllimlər və tələbələr üçün master-klasslar, açıq seminarlar, müzakirələr və elmi-praktik konfranslar da daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi