Moskvada Azərbaycan xalçaları sərgisi keçiriləcək

Moskvada Azərbaycan xalçaları sərgisi keçiriləcək Fevralın 5-dən martın 1-dək Rusiyanın paytaxtı Moskva şəhərindəki Şərq Muzeyində “Sovet Azərbaycanın əks-sədası. Xalça. Naxış. Plakat” adlı sərgi keçiriləcək.
Mədəniyyət siyasəti
22 Yanvar , 2020 11:35
Moskvada Azərbaycan xalçaları sərgisi keçiriləcək

Fevralın 5-dən martın 1-dək Rusiyanın paytaxtı Moskva şəhərindəki Şərq Muzeyində “Sovet Azərbaycanın əks-sədası. Xalça. Naxış. Plakat” adlı sərgi keçiriləcək.

“Report” Moskva merinin saytına istinadən xəbər verir ki, ekspozisiyada tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyi əks olunacaq.

Sərgidə 40 eksponatın nümayiş ediləcəyi, bunların arasında Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərin xalçaları, Mərcani Fondu tərəfindən təqdim olunan plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından 1920-1930-cu illərə aid inqilabi naxışlar və eskizlərin olacağı qeyd edilib. Bunlar ilk dəfə nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi