Yuxarı

Moskvada Azərbaycan Mədəniyyəti Günü keçiriləcək

Moskvada Azərbaycan Mədəniyyəti Günü keçiriləcək

İyunun 24-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Mədəniyyəti Günü keçiriləcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən bu təşkilatın 10 illiyi münasibətilə təşkil olunacaq tədbirdə qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim ediləcək, həmçinin bu yeməkləri hazırlamaları üçün onlara şərait də yaradılacaq.

Azərbaycanın pop ulduzları və rəqs kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı, milli çalğı alətlər konserti, milli rəqslər üzrə ustad dərsləri və s. qonaqları gözləyir.

Tədbirdə müvafiq atributlar, musiqi alətləri, milli geyim və xalçaların yerləşdiyi ayrıca fotoməkanda arzu edənlər foto çəkdirə biləcəklər. Bununla yanaşı, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətinə həsr olunacaq oxu guşəsində qurumun nəşr etdirdiyi dərginin 10 il ərzində işıq üzü görmüş bütün nömrələri, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri təqdim olunacaq.

Sonda açıq havada film təqdimatı keçiriləcək.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi