"Miss İndoneziya" Bakıda keçiriləcək İndoneziya Mədəniyyət Günlərində iştirak edəcək

"Miss İndoneziya" Bakıda keçiriləcək İndoneziya Mədəniyyət Günlərində iştirak edəcək Sentyabrda Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibində həmçinin İndoneziyanın işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər
Mədəniyyət siyasəti
3 Avqust , 2017 15:34
Miss İndoneziya Bakıda keçiriləcək İndoneziya Mədəniyyət Günlərində iştirak edəcək
Report

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda sentyabrın 9-11-də paytaxtımızda keçiriləcək İndoneziya Mədəniyyəti Günləri tədbirinin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani sentyabrın 9-da açılış mərasimi çərçivəsində indoneziyalı rəqqasələrin çıxışlarının olacağını, eləcə də tədbirə "Miss İndoneziya"nın qatılacağının gözlənildiyini qeyd edib.

"Ardından Azərbaycanda yaşayan indoneziyalıların və İndoneziyanın dostlarının iştirakı ilə yürüş təşkil edəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, sentyabrda Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibində həmçinin İndoneziyanın işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər. Bununla əlaqədar sentyabrın 11-də onların azərbaycanlı həmkarları ilə işgüzar görüş keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, bu, Azərbaycanda sayca ikinci İndoneziya mədəniyyəti festivalı olacaq.

Son xəbərlər

Orphus sistemi