Bakı.11 fevral. REPORT.AZ/ Fevralın 11-də 22-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayıb.
"Report" xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan nəşrləri də bu sərgidə nümayiş etdirilir.
Nazirliklə yanaşı, Azərbaycanı sərgidə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və "Hədəf" nəşriyyatı təmsil edir. Bu ilki sərginin fəxri qonağı Çin Xalq Respublikasıdır.
Sərginin açılış mərasimində Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun müraciəti oxunub, informasiya naziri L.Ananiç, Belarus Yazıçılar İttifaqının sədri N.İ.Çerqinets, Belarus Prezidenti Administrasiyası rəhbərinin müavini İ.İ.Buzovski, ÇXR-in nümayəndə heyətinin rəhbəri Yan Syaoxun və digər rəsmi şəxslər çıxş ediblər.
Minsk sərgisində 200 adda nəşr məhsulları nümayiş olunur, Azərbaycan turizmi və ilk Avropa Oyunları haqqında çoxlu sayda təbliğat materialları ziyarətçilərə paylanılır.
Sərgi fevralın 15-dək davam edəcək.