Minskdə Azərbaycan Mədəniyyəti günləri keçiriləcək

Minskdə Azərbaycan Mədəniyyəti günləri keçiriləcək Hər bir şəxs rəqslər üzrə ustad dərslərində iştirak edə, eləcə də Azərbaycanın milli yeməklərinin hazırlanmasına necə hazırlandığına baxa bilər
Mədəniyyət siyasəti
8 Avqust , 2017 10:53
Minskdə Azərbaycan Mədəniyyəti günləri keçiriləcək

Bakı. 8 avqust. REPORT.AZ/ Belarus paytaxtı Minskdə avqustun 12-də Azərbaycan Mədəniyyəti günləri keçiriləcək.

"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, tədbir Yuxarı Şəhərdəki meydanda təşkil olunacaq.

Tədbiri Minsk Şəhər İcra Hakimiyyəti, Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə "Azərbaycan icmaları Konqresi" Beynəlxalq İctimai Birliyi təşkil edir. 

Mədəniyyət günlərində "Qafqazın əfsanələri" və "Sarı gəlin" kollektivləri, müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər.

Burada hər bir şəxs rəqslər üzrə ustad dərslərində iştirak edə, eləcə də Azərbaycanın milli yeməklərinin hazırlanmasına necə hazırlandığına baxa bilər.

Son xəbərlər

Orphus sistemi