Yuxarı

Milli Kulinariya Mərkəzinin prezidenti: "Azərbaycanda 356 dolma növü var"

Milli Kulinariya Mərkəzinin prezidenti: "Azərbaycanda 356 dolma növü var"
Tahir Əmiraslanov: 10 dolma növünün ərazi üzrə patentləşdirilməsi üçün komissiya yaradılıb
Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov

Bakı. 6 dekabr. REPORT.AZ/ "Azərbaycanın rayonlarından, kəndlərindən insanlar bizə 356 dolma resepti təqdim edib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyib.

O bildirib ki, birinci dolma fesfivalına qədər Azərbaycanda 20-30 dolma növü olduğu güman edilirdi: "Əlbəttə, dolmanın icmalarda daimi bişirilən, yalnız ailələrdə hazırlanan və bəzi rayonlara aid olan növləri var".

T.Əmiraslanovun sözlərinə görə, indiyə qədər ümumilikdə Azərbaycan mətbəxinə aid 4 minə yaxın ayrı-ayrı xörək növləri müəyyənləşib və onlarla bağlı məlumatlar toplanılıb.

O, bir neçə il əvvəl yemək sahəsində patentləşdirmə ilə bağlı Patent və Əmtəə Nişanları Mərkəzinə müraciət etdiklərini bildirib: "İlk olaraq ləvəngini, qutabı yeni bir məhsul kimi patentləşdirdik. Bu il təcrübə üçün pilot layihə kimi 10 dolma növünü ərazi üzrə patentləşdirilməsi üçün sənədləri təqdim etmişik. Bunun üçün alimlərdən, mütəxəssislərdən ibarət yeni komissiya yaradılıb. Bu patentin maliyyəsini Mədəniyyət və Turizm Nazirliyi ödəyir. Bu sahədə ölkədə böyük işlər gedir. Biz artıq topladığımız bəzi nümunələri modernləşdirilib restoran biznesinə gətirmişik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi