Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq

Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq Sərgi fevralın 14-dək davam edəcək
Mədəniyyət siyasəti
28 Oktyabr , 2016 11:33
Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sərgi noyabr ayının 8-də baş tutacaq.

Muzeyin “Etnoqrafiya”, “Xüsusi” və “Arxeologiya” fondlarının materiallarının cəlb edildiyi sərgidə 250 eksponat nümayiş olunacaq. Ziyarətçilər baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəkləri ilə tanış ola biləcəklər.

Sərgi fevralın 14-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi