Məşhur meksikalı aktrisa və müğənni Ana Alisiya Salas Bakıda çıxış edib

Məşhur meksikalı aktrisa və müğənni Ana Alisiya Salas Bakıda çıxış edib O, meksikalı rəssam Frida Kalonun həyatı haqqında monoloqu təqdim edib
Mədəniyyət siyasəti
13 İyul , 2017 09:36
Məşhur meksikalı aktrisa və müğənni Ana Alisiya Salas Bakıda çıxış edib

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda Meksikanın məşhur aktrisası və müğənnisi Ana Alisiya Salasın çıxışı baş tutub.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, A.A.Salas dünya şöhrətli meksikalı rəssam Frida Kalonun həyatı haqqında monoloqu təqdim edib.

Adıçəkilən təqdimat əsasında tamaşaçılar Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış olublar. Eyni zamanda, publika A.A.Salasın ifasında ənənəvi Meksika musiqisi ilə tanış olmaq imkanı əldə edib.

Son xəbərlər

Orphus sistemi