Məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında konsert verib

Məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında konsert verib Kvartet konsertdə müxtəlif illərin albomlarından əsərlər ifa edib
Mədəniyyət siyasəti
27 Oktyabr , 2015 22:30
Məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında konsert verib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Amerikanın məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Saraynda çıxış edib. Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən konsert bu musiqi kollektivinin 25 illiyinə həsr edilib.

"Report" xəbər verir ki, “Fourplay” kvarteti “smooth jazz” üslubunda çıxış edən parlaq qruplardan biridir. Kollektiv 25 illik uğurlu fəaliyyəti nəticəsində geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb və böyük kommersiya uğuru əldə edib.

1990-cı ildə yaradılmış qrup dünya musiqisevərlərinin diqqətini cəlb edən albomlar buraxır, qastrollara gedir və caz festivallarında çıxış edir.

“Fourplay” kvarteti bir neçə nominasiyada “Grammy Awards”, habelə musiqi industriyasının inkişafına verdiyi mühüm töhfəyə görə ABŞ-ın “Congressional Record” fəxri mükafatına layiq görülüb.

Kvartet konsertdə müxtəlif illərin albomlarından əsərlər ifa edib.

Son xəbərlər

Orphus sistemi